İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
 - Əmək haqqı hesablamaları üzrə iş təcrübəsi
 - PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;
 - Baş mühasib kimi ən azı 2 illik iş təcrübəsi
 - Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
 - 1C proqramında sərbəst işləmə bacarığı;
 - Vergi, DSMF və statistika hesabatlarının hazırlanması təcrübəsi;
 - Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;
 - İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı yaxşı səviyyədə olmalı
 - Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
 - Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.
 
Öhdəliklər:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir.
 - Əmək haqqı hesablamaları ilə bağlı bütün əməliyyatların dəqiqliklə yerinə yetirir
 - İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir.
 - Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
 - Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.),
 - Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir.
 - Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
 - Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
 - Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir.
 - Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
 
Biz təklif edirik:
- 1500 – 1700 AZN xalis əməkhaqqı
 - Məktəbin yeməkxanasında nahar imkanı
 - Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
 - Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
 
Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] və [email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Böyük Mühasib” vəzifəsini qeyd etməyiniz xahiş olunur.