Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • 1.1K

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Education , Diversified Consumer Services , Education Services

Böyük Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Böyük Mühasib

  • Deadline 27 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
  • Əmək haqqı hesablamaları üzrə iş təcrübəsi
  • PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;
  • Baş mühasib kimi ən azı 2 illik iş təcrübəsi
  • Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
  • 1C proqramında sərbəst işləmə bacarığı;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması təcrübəsi;
  • Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;
  • İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı yaxşı səviyyədə olmalı
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
  • Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.

Öhdəliklər:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir.   
  • Əmək haqqı hesablamaları ilə bağlı bütün əməliyyatların dəqiqliklə yerinə yetirir
  • İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir. 
  • Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
  • Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.),
  • Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir.
  • Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor  borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks  etdirilməsini təmin edir.
  • Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir. 
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.

Biz təklif edirik:

  • 1500 – 1700 AZN xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] [email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Böyük Mühasib” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

  • Daily102
  • Weekly102
  • Monthly123