Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Gözətçi vakansiyasını paylaşır.
Vakansiya sayı: 3
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 12 saatlıq növbəli iş qrafiki
Tələblər:
- Ali təhsil və ya orta təhsilə malik olmaq
- Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 22-30 aralığında olması
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
- Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsinə malik olmaq
- Azərbaycan dilini yaxşı səviyyədə bilmək.
- Şagirdlər, valideynlər və məktəb heyəti ilə effektiv ünsiyyət qurma bacarığna malik olmaq
Öhdəliklər:
- Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.
- Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.
- Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.
- İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.
- Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.
- Digər gözətçilik vəzifələrini yerinə yetirilmək.
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Gözətçi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.