Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Təmizlik işçisi vakansiyasını paylaşır.
Vakansiya sayı: 3
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: (Bazar ertəsi – cümə)
Tələblər:
- Ali və ya orta təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Gigiyena və təmizlik qaydaları üzrə ümumi biliklər
- Məktəb mühitində işləməyə uyğun məsuliyyətli və intizamlı yanaşma
- Fiziki işə uyğun olmaq və aktiv işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və səliqəli olmaq
Öhdəliklər:
- Məktəb otaqlarının, dəhlizlərin və ümumi sahələrin gündəlik təmizliyini təmin etmək
- Sinif otaqlarının dərs öncəsi və dərs sonrası səliqəyə salınmasını həyata keçirmək
- Sanitar qovşaqların təmiz və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək
- Zibil qutularının vaxtında boşaldılması və tullantıların düzgün şəkildə çıxarılması
- Pəncərə, qapı və digər səthlərin təmizliyini təmin etmək
- Təmizlik vasitələrindən düzgün və təhlükəsiz şəkildə istifadə etmək
- Məktəb daxilində ümumi səliqə və gigiyenaya nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən digər təmizlik işlərini yerinə yetirmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Təmizlik İşçisi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.