Tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahədə ali təhsilə sahib olmaq
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsinə sahib olmaq
- İT sahəsində sertifikatlara sahib olmaq (CompTIA A+, Microsoft MCSA/MD-100, ITIL Foundation və s.)
- İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırmaq
- Remote connection alətləri ilə işləmə bacarığına sahib olmaq (TeamViewer, AnyDesk və s.).
- Microsoft 365 (Teams, Outlook, SharePoint) idarəetmə bacarıqlarına sahib olmaq.
- Şəbəkə bilikləri (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi) haqqında anlayışlı olmaq.
- Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi biliklərinə sahib olmaq.
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığına sahib olmaq
Öhdəliklər:
- İstifadəçilərə texniki dəstək göstərmək (yerində və uzaqdan), nasazlıqları aradan qaldırmaq və lazım olduqda eskalasiyasını təmin etmək.
- Kompüter və ofis avadanlıqlarını (noutbuk, printer, proyektor, şəbəkə cihazları və s.) quraşdırmaq, sazlamaq və texniki xidmətini həyata keçirmək.
- Windows əməliyyat sistemləri (10/11) və Microsoft 365 (Outlook, Teams, SharePoint, OneDrive) ilə işləmək və onları idarə etmək.
- Active Directory-də istifadəçi hesablarını yaratmaq, dəyişmək və idarə etmək.
- Şəbəkə bağlantısı ilə bağlı problemləri (LAN, Wi-Fi, VPN, DNS, DHCP) aşkarlamaq və həll etmək.
- Gündəlik müraciətləri Help Desk sistemində qeydiyyata almaq, izləmək və vaxtında icrasını təmin etmək.
- İşçilərə IT sistemlərindən istifadə və təhlükəsizlik qaydaları üzrə ilkin təlimlər və dəstək göstərmək.
- İT aktivlərinin uçotunu aparmaq (avadanlıqların verilməsi və təhvil alınması).
- İT layihələrində iştirak etmək (yeni avadanlıqların tətbiqi, proqram təminatının yenilənməsi, miqrasiya və s.).
- Şirkətin IT təhlükəsizlik siyasətinə və məlumatların qorunması standartlarına riayət etmək.
Biz təklif edirik:
- 650 AZN net əmək haqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] və [email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Texniki Problem üzrə mütəxəssis” vəzifəsini qeyd etməyiniz xahiş olunur.