Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Texniki Usta (Elektrik-Santexnik) vakansiyasını paylaşır.
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Şənbə)
Tələblər:
- Ali və ya orta təhsil
- Elektrik və santexnika sahəsində minimum 2 il təcrübə
- Elektrik və su sistemlərinin əsas iş prinsiplərini bilmək
- Təmir və quraşdırma işlərini sərbəst yerinə yetirmək bacarığı
- Təhlükəsizlik qaydalarına riayət etmək
- Məsuliyyətli, diqqətli və operativ olmaq
Öhdəliklər:
- Elektrik və santexnika sistemlərinin gündəlik işlək vəziyyətdə olmasına nəzarət etmək
- İşıqlandırma, priz, açar və digər elektrik avadanlıqlarının təmir və quraşdırılmasını yerinə yetirmək
- Su xətləri, kranlar, borular və kanalizasiya sistemlərində yaranan nasazlıqları aradan qaldırmaq
- Kiçik təmir və montaj işlərini icra etmək
- Qısaqapanma, su sızması kimi hallara operativ müdaxilə etmək
- Planlı yoxlamalar aparmaq və problemləri vaxtında müəyyən etmək
- İş sahəsinin təmiz və təhlükəsiz saxlanılmasını təmin etmək
- Lazım olduqda əlavə texniki işləri yerinə yetirmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Texniki Usta, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.