Vəzifə haqqında:
- High Result Academy komandası tələbələrlə ünsiyyəti idarə edəcək, akademiya daxilində keçirilən tədbir və layihələrin təşkili və koordinasiyasını təmin edəcək Tələbə Əlaqələri və Layihə Koordinatoru axtarır. Bu vəzifə tələbə məmnuniyyəti, layihə icrası və satış proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- Tələbələrlə gündəlik ünsiyyət qurmaq və onları akademiya daxilində keçirilən tədbir və layihələrə cəlb etmək;
- Yeni layihələrin və tədbirlərin planlaşdırılmasını, təşkilini və koordinasiyasını həyata keçirmək;
- Akademiyaya daxil olan müraciətləri qəbul etmək, cavablandırmaq və satış prosesini icra etmək;
- Tələbə məlumat bazasının yenilənməsi və rəy toplanması prosesini idarə etmək;
- Təlimçi və idarəetmə komandası ilə koordinasiyada işləmək;
- Akademiyanın brend tədbirlərində və kommunikasiya layihələrində aktiv iştirak etmək.
Namizədə tələblər:
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Komanda ilə işləmək və eyni anda bir neçə prosesi idarə etmək bacarığı;
- Təşkilatçılıq və planlaşdırma qabiliyyəti;
- Satış və ya müştəri əlaqələri sahəsində təcrübə üstünlükdür;
- İdarəetmə, kommunikasiya və sosial fəaliyyətlərə maraq;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
Təklif etdiyimiz imkanlar:
- Gənc və dinamik komandada çalışmaq imkanı;
- Peşəkar və şəxsi inkişaf üçün təlim və layihələrdə iştirak;
- Akademiyanın əsas layihələrinin idarəsində bilavasitə rol almaq;
- Rəsmi əməkhaqqı və motivasiyaedici mühit.
Müraciət qaydası:
- CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et bölməsində göstərilən e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
- Mövzu hissəsində “Tələbə Əlaqələri və Layihə Koordinatoru” qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.