İş barədə məlumat:
- Malların anbara mədaxil və məxaric olunmasını təmin etmək;
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
- Malların yüklənilməsi/boşaldılmasını icra etmək;
- Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
- Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək;
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Yükləri anbara qəbul edərkən, faktiki miqdarını eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Anbarda sayımlar aparmaq.
İş şəraiti
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (6-cı gün novbəli, bir həftədən bir)
- Əmək haqqı: 800- 900 AZN
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Yaş: 24 – 35
- Ofis texnikası ilə işləmə bacarığı;
- Fiziki sağlam olması;
- Microsoft Office və 1C proqramlarını bilməlidir;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Anbardar” qeyd etməklə göndərmələri xahiş olunur