İş barədə məlumat:
- Təchizat sifarişlərinin idarə edilməsi (sifarişlərin yerləşdirilməsi, izlənilməsi, hesabatların hazırlanması və bağlanması)
- Alınmış məhsul və ya xidmətlərin keyfiyyətinə və logistika proseslərinə nəzarətin təmin edilməsinə dəstək
- Təchizatçılarla müqavilələrin hazırlanması və bağlanması
- Malların ölkəyə gətirilməsi və anbara təhvil verilməsi prosesinin təşkili və icrası
- Təchiz olunan malların keyfiyyətinə nəzarət və müvafiq qeydiyyatın aparılması
- Ödəniş sorğularının hazırlanması və ödəniş proseslərinin izlənməsi
- Təchizat prosesləri üzrə həftəlik və aylıq hesabatların hazırlanması
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
- İş qrafiki: həftə içi 5 gün, 09:45 – 18:45 (Şənbə günləri növbəli və qısaldılmış iş günü)
- Əmək haqqı: 900 – 1000 AZN
- İş yeri: Şərq Bazarı yaxınlığı, 28 May metrosu ətrafı
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- İT və texnologiyalar haqqında əsas biliklər
- İşgüzar ünsiyyət etikası
- Çalışqan, məsuliyyətli və problem həll etmə bacarığı
- Komanda ilə işləmək bacarığı
- Minimum 3 il iş təcrübəsi
- Yaş həddi: 25 – 40
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat və müasir ofis mühiti
- Dinamik və inkişaf yönümlü şirkətdə iş imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
- Rəqabətqabiliyyətli əmək haqqı və əlavə motivasiya imkanları
- Yenilikçi ideyalara açıq iş mühiti
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.
E-mail mövzu hissəsində mütləq qeyd olunmalıdır: “Təchizat üzrə Mütəxəssis”.