Hilton Garden Inn Baku Hilton Garden Inn Baku
  • 594

Aşpaz

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aşpaz

  • Deadline 24 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və karyeranızı inkişaf etdirin!

Şöbə: Mətbəx şöbəsi

Vəzifə öhdəlikləri:

  • Yeməklər və qida məhsullarının tələb edilən standarta uyğun olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
  • Hər zaman yeməklərin yüksək keyfiyyətini qorumaq, təqdimatın düzgün şəkildə həyata keçirilməsini təmin etmək.
  • Yeməklərin standartlara uyğun hazırlanması üçün müvafiq təlimatları izləmək və komandanı bu istiqamətdə yönəltmək.
  • İaşə obyektinin sanitariya və təhlükəsizlik qaydalarına uyğun olmasına nəzarət etmək.
  • Mətbəx avadanlıqlarının və təchizatının düzgün istifadəsini təmin etmək və onları daim təmiz saxlamaq.
  • Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
  • Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək onlara müvafiq təlimlər keçmək.
  • Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq.

Namizədə dair əsas tələblər:

  • Otel sahəsində Bölmə aşpazı kimi azı 2 il iş təcrübəsi;
  • Aşpazlıq ixtisası üzrə peşə təhsili və ya müvafik sertifikatlar;
  • Azərbaycan, Avropa və Asiya mətbəxləri üzrə biliklər;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Sanitariya-gigiyena normaları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (üstünlükdür).

İşçinin təminatları:

  • İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur
  • Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən!
  • TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Bölmə Aşpazı” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly569
  • Monthly0