İşin təsviri :
- Menyunu təqdim etmək və qonaqların suallarına ətraflı cavab vermək (məsələn, porsiyalar, tərkib, allergiya ehtimalları və s.).
- Günün xüsusi təklifləri haqqında məlumat vermək.
- Qonaqların istəyinə əsasən menyudan tövsiyələr vermək.
- Sifarişin detalları barədə mətbəx heyəti ilə düzgün ünsiyyət qurmaq.
- Çeki təqdim etmək, ödənişi qəbul etmək və düzgün məbləğin ödənildiyini yoxlamaq.
- Qonaqlara yüksək səviyyəli müştəri xidməti göstərmək.
Tələblər:
- Ofisiant kimi iş təcrübəsi.
- Müştərilərlə diqqətli və səbirli ünsiyyət bacarığı.
- Yüksək təşkilatçılıq və çoxlu vəzifələri eyni anda yerinə yetirmək bacarığı.
- Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
- Növbəli iş rejimində işləmək üçün çeviklik.
- Azərbaycan, İngilis və ya Rus dillərində sərbəst ünsiyyət bacarığı.
Benefitlər:
- İşçi yeməkxanasında yeməklə təmin olunma;
- Hilton-un bütün otellərində endirimlər;
- TABIA Group-a daxil olan bir neçə otel və SPA mərkəzlərində endirimlər
Maraqlanan namizədlərdən CV-lərini "Ofisiant" mövzusu ilə e-poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq