Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün CAD + 3D Texniki Vizual (Hybrid) vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
- Texniki layihələr üzrə 2D CAD çertyojların hazırlanması
- Məhsul və mexaniki hissələrin 3D modellərinin və texniki vizuallarının hazırlanması
- Ölçülərə, texniki standartlara və istehsal tələblərinə uyğun dizaynın hazırlanması
- Layihələrin vizual və texniki baxımdan optimallaşdırılması
- Dizayn dəyişikliklərinin operativ icrası
- Texniki komanda və mühəndislərlə əməkdaşlıq
Namizədə tələblər:
- AutoCAD, SolidWorks, Fusion 360, Inventor və ya oxşar proqramlarda praktiki təcrübə
- 2D texniki çertyoj oxuma və hazırlama bacarığı
- 3D modelləşdirmə və texniki vizual düşünmə qabiliyyəti
- Detallara diqqət və məsuliyyət
- Vaxtın düzgün idarə olunması
Üstünlük verilir:
- Render və vizual təqdimat bacarıqları (KeyShot, Blender və s.)
- Mexanika, istehsalat və ya dizayn sahəsində təcrübə
- Texniki ingilis dili biliyi
Əməkhaqqı: 1400 – 1800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Müraciət qaydası:
Namizədlərdən aşağıdakı sənədləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- CV
- (Mümkün olduqda) iş nümunələri / portfolio
WhatsApp: 050 806 70 56
Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).