Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün Mexanika Dizayneri vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
- Mexaniki hissə və sistemlərin dizaynının hazırlanması
- 2D və 3D texniki çertyojların hazırlanması
- Mexaniki layihələrin istehsala uyğunlaşdırılması
- Material seçimi və texniki hesabatların hazırlanması
- Mövcud dizaynların təkmilləşdirilməsi
- İstehsal və texniki komanda ilə sıx əməkdaşlıq
Namizədə tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- AutoCAD, SolidWorks, Inventor və ya oxşar proqramlarda işləmə bacarığı
- Texniki çertyoj standartlarını bilmək
- Mexaniki hesablama və analiz bacarığı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Komandada işləmə bacarığı
Üstünlük verilir:
- İstehsalat sahəsində təcrübə
- FEM / stress analysis bilikləri
- İngilis dili biliyi (texniki səviyyədə)
Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Müraciət qaydası:
Namizədlərdən aşağıdakı sənədləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- CV
- (Mümkün olduqda) iş nümunələri / portfolio
WhatsApp: 050 806 70 56
Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).