Himalay 2022 Himalay 2022
  • 211

Himalay 2022

Logistika

Mexanika Dizayneri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mexanika Dizayneri

  • Истекает 17 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün Mexanika Dizayneri vəzifəsi üzrə vakansiya elan edir.

Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.

Vəzifə öhdəlikləri:

  • Mexaniki hissə və sistemlərin dizaynının hazırlanması
  • 2D və 3D texniki çertyojların hazırlanması
  • Mexaniki layihələrin istehsala uyğunlaşdırılması
  • Material seçimi və texniki hesabatların hazırlanması
  • Mövcud dizaynların təkmilləşdirilməsi
  • İstehsal və texniki komanda ilə sıx əməkdaşlıq

Namizədə tələblər:

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • AutoCAD, SolidWorks, Inventor və ya oxşar proqramlarda işləmə bacarığı
  • Texniki çertyoj standartlarını bilmək
  • Mexaniki hesablama və analiz bacarığı
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Komandada işləmə bacarığı

Üstünlük verilir:

  • İstehsalat sahəsində təcrübə
  • FEM / stress analysis bilikləri
  • İngilis dili biliyi (texniki səviyyədə)

Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)

Müraciət qaydası:

Namizədlərdən aşağıdakı sənədləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • CV
  • (Mümkün olduqda) iş nümunələri / portfolio

WhatsApp: 050 806 70 56

Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).

  • Daily0
  • Weekly0
  • Monthly1432