Vəzifənin Məqsədi:
Beton istehsalı və çatdırılması prosesində istifadə olunan xüsusi nəqliyyat vasitələrinin (mikserlər, nasoslar, yük maşınları və s.) effektiv idarə olunmasını təmin etmək. Müştəri sifarişlərinin vaxtında və düzgün çatdırılması üçün logistik planlamanı həyata keçirmək.
Əsas Vəzifə və Öhdəliklər:
- Beton sifarişlərinə uyğun olaraq mikser və nasosların gündəlik hərəkət planını tərtib etmək
- Sifarişlərin vaxtında və texniki tələblərə uyğun yerinə yetirilməsini nəzarətdə saxlamaq
- Sürücülərin koordinasiyası, cədvəllərinin hazırlanması və iş rejiminə nəzarət
- GPS sistemi vasitəsilə nəqliyyatın hərəkətinə nəzarət və real vaxtda izləmə
- Müştəri ilə operativ əlaqə saxlayaraq çatdırılma vaxtını və ünvanlarını dəqiqləşdirmək
- Betonun daşıma və nasoslama prosesində texniki nasazlıqların qarşısını almaq üçün vaxtında təmir və texniki baxış işlərini təşkil etmək
- Yanacaq sərfiyyatına, maşınların iş saatlarına və məsrəflərinə dair hesabatların hazırlanması
- Zavod, satış və digər şöbələrlə sıx əməkdaşlıq edərək sifarişlərin planlamasını optimallaşdırmaq
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik prosedurlarına uyğunluğun təmin edilməsi
- Təcili hallarda alternativ nəqliyyat resurslarının yönləndirilməsi və situasiyanın operativ idarə olunması
Tələblər:
- Ali və ya texniki orta təhsil (logistika, nəqliyyat və ya mühəndislik sahəsi üzrə üstünlük verilir)
- Nəqliyyat və ya tikinti sektorunda, xüsusilə beton istehsalı sahəsində minimum 2 il təcrübə
- Beton mikserləri və nasos avadanlıqları barədə anlayış
- GPS və nəqliyyat idarəetmə proqramlarında işləmək bacarığı
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək
- Yüksək təşkilatçılıq və stressə davamlılıq
- Operativ qərarvermə və sürətli koordinasiya bacarığı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.