Vəzifə öhdəlikləri:
- Layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək;
- Layihə üzrə iş qrafiklərini və icra planlarını hazırlamaq;
- Layihənin vaxtında və müəyyən edilmiş tələblərə uyğun icrasını təmin etmək;
- Komanda üzvləri arasında iş bölgüsü aparmaq və onların fəaliyyətini koordinasiya etmək;
- Müştəri, tərəfdaş və digər əlaqəli şəxslərlə kommunikasiya aparmaq;
- Layihə üzrə sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
- Layihənin büdcəsinə və resurslarına nəzarət etmək;
- Yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll yolları təklif etmək;
- Layihənin nəticələri üzrə yekun hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Layihələrin idarə olunması sahəsində iş təcrübəsi;
- Planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarığı;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də yaxşı işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
İş şərtləri:
- İş qrafiki: tam iş günü;
- İş yeri: Bakı;
- Əmək haqqı: müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.