Holiday in Azerbaijan Holiday in Azerbaijan
  • 205

Təlimçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təlimçi

  • Deadline 4 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Linux System Engineering Təlimi üzrə Peşəkar Təlimçi Axtarılır

Dövlət qurumu üçün təşkil olunacaq “Linux System Engineering – Advanced Practice & Engineering Extension” təlim proqramı üzrə yüksək peşəkarlığa malik təlimçi axtarılır.

Təlim online formatda keçiriləcək.

İştirakçı sayı: 4 nəfər

Təlim müddəti: 36 saat

İştirakçılar texniki bilik və təcrübəyə sahib mütəxəssislərdir. Bu səbəbdən təlim advanced səviyyədə, praktiki yönümlü və real layihə təcrübəsinə əsaslanan şəkildə aparılmalıdır.

Təlim proqramına daxil olan əsas istiqamətlər:

  • Linux təhlükəsizliyi və firewall idarəetməsi
  • Bash/Shell scripting və avtomatlaşdırma
  • Ansible, Puppet və Infrastructure as Code yanaşması
  • Docker, Docker Compose və konteyner təhlükəsizliyi
  • KVM virtuallaşdırma texnologiyaları
  • GitLab CI/CD və deployment prosesləri
  • Apache, Nginx, reverse proxy və load balancing
  • Linux şəbəkə idarəçiliyi və monitorinq
  • High Availability, failover və backup strategiyaları
  • Kubernetes, Helm və orkestrasiya əsasları
  • Production mühitləri üzrə real case study və praktiki ssenarilər

Tələblər:

  • Linux System Engineering sahəsində təlimçilik üzrə minimum 5 il praktiki təcrübə
  • Təlimçilik və real layihə təcrübəsinin olması
  • Mövzuları praktiki nümunələr və production ssenariləri üzərindən izah etmək bacarığı
  • Advanced səviyyəli texniki auditoriya ilə işləmə təcrübəsi
  • Yüksək peşəkarlıq, təqdimat və kommunikasiya bacarıqları

Namizədlərdən CV, portfolio və göndərilən modullara uyğun hazırlanmış Linux təlimi üzrə yol xəritəsi / tədris planı təqdim etmələri xahiş olunur.

Ödəniş: razılaşma yolu ilə müəyyən ediləcək.

Qeyd edək ki, təlimçi ilə bağlı iştirakçılar tərəfindən yüksək feedback təqdim olunarsa, gələcəkdə digər dövlət qurumları üçün təşkil olunacaq təlim layihələrində də əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily109
  • Weekly567
  • Monthly567