Honours Academy Honours Academy
  • 168

Honours Academy

Təhsil , Peşəkar xidmətlər

Digital Marketing Specialist

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Digital Marketing Specialist

  • Deadline 7 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Honours Academy” özünün “Strategic Marketing and Business Growth (SMBG)” departamentinə enerjili, məqsədyönlü və nəticə yönümlü “Digital Marketing Specialist” axtarır.

Bu vəzifədə siz müxtəlif rəqəmsal platformalarda marketinq kampaniyalarını həyata keçirməklə brend tanınmasını artırmaq, müştəri əlaqələrini gücləndirmək və biznesin böyüməsinə töhfə verməkdən məsul olacaqsınız.

Əsas vəzifə öhdəlikləri:

  • Sosial media, “Google Ads”, imeyl marketinq, “SEO/SEM” də daxil olmaqla müxtəlif platformalarda rəqəmsal kampaniyaların planlanması, icrası və optimallaşdırılması
  • Fərqli rəqəmsal kanallar üçün uyğunlaşdırılmış maraqlı və hədəfli kontentin hazırlanması və idarə olunması
  • Kampaniya nəticələrinin təhlili, hesabatların hazırlanması və göstəricilərin yaxşılaşdırılması üçün təkliflərin verilməsi
  • Rəqəmsal trendlər və rəqiblər üzrə araşdırmaların aparılması, yeni imkanların müəyyənləşdirilməsi
  • Marketinq komandası ilə sıx əməkdaşlıq edərək rəqəmsal fəaliyyətlərin ümumi strategiya ilə uyğunlaşdırılması
  • Rəqəmsal marketinq alətləri və texnologiyaları üzrə yeniliklərin izlənməsi və tətbiqi

Tələblər:

  • Marketinq, Kommunikasiya, Rəqəmsal Media və ya əlaqəli sahədə təhsil və ya bu sahələrdə formalaşmış real iş təcrübəsi
  • Rəqəmsal marketinq sahəsində minimum 2 illik təcrübə, xüsusilə kampaniya və kontent idarəetməsi sahəsində
  • “Google Analytics”, “Google Ads”, “Facebook Business Manager” və imeyl marketinq platformaları ilə işləmə bacarığı
  • Kontent yaradılması, optimizasiya və sosial media idarəçiliyi üzrə sübut edilmiş təcrübə
  • Analitik düşüncə tərzi və göstəriciləri strategiyalara çevirmə bacarığı
  • Yazılı və şifahi ünsiyyət bacarıqları

Biz nə təklif edirik?

  • Yaradıcı və dinamik komanda ilə əməkdaşlıq imkanı
  • Marketinq strategiyalarına və nəticələrinə real təsir imkanları
  • Təcrübə və bacarıqlara uyğun rəqabətqabiliyyətli əmək haqqı və nəticəyönümlü fəaliyyətə əsaslanan bonus sistemi (ətraflı məlumat müsahibə zamanı təqdim olunacaq)
  • Peşəkar inkişaf və öyrənmə imkanları
  • Bacarıqlı və motivasiyalı komanda ilə işləmək fürsəti

Müraciət qaydası:

  • CV və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Digital Marketing Specialist” yazmağınız xahiş olunur. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
  • Daily0
  • Weekly251
  • Monthly802