“Honours Academy” özünün “Strategic Marketing and Business Growth (SMBG)” departamentinə “Graphic and Motion Designer” vəzifəsi üzrə yaradıcı və peşəkar komandaya yeni üzv axtarır.
Bu vəzifə üzrə siz vizual kontentin hazırlanmasında əsas rol oynayacaq, müxtəlif rəqəmsal platformalarda brendin görünürlüğünü artıracaq və marketinq təşəbbüslərimizi vizual baxımdan dəstəkləyəcəksiniz.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması
- Dijital kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi
- Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması
- Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması
- Qrafik və motion dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək
Tələblər:
- “Graphic and Motion Design” sahəsində minimum 2 illik iş təcrübəsi
- “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı
- Həm qrafik, həm də motion dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio
- Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış
- Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı
- Komanda ilə effektiv işləmə vərdişləri
Biz nə təklif edirik?
- Yaradıcı və dinamik komanda mühiti
- Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr
- Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan mükafatlandırma sistemi (müsahibə zamanı müzakirə olunacaq)
- Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları
Müraciət qaydası:
- CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Graphic and Motion Designer” yazmağınız xahiş olunur. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.