Hope Academy Hope Academy
  • 313

Hope Academy

Təhsil

Xaricdə Təhsil Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xaricdə Təhsil Mütəxəssisi

  • Deadline 23 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hope Academy komandası üçün Xaricdə Təhsil Mütəxəssisi axtarırıq. Bu vəzifə xaricdə təhsil almaq istəyən tələbələrin sənədləşmə və qeydiyyat proseslərinin tam şəkildə aparılmasını əhatə edir.

Əsas vəzifələr

  • Xarici universitetlərə bakalavr, magistr və digər proqramlar üzrə müraciətlərin hazırlanması və göndərilməsi
  • Motivasiya məktublarının (Motivation Letter) tərtibi və redaktəsi
  • Rekomendasiya məktublarının hazırlanmasına dəstək
  • Tələbələrin sənədlərinin toplanması, yoxlanılması və sistemləşdirilməsi
  • Universitetlərlə yazışmaların aparılması
  • Tələbələrin qəbul və qeydiyyat prosesinin izlənməsi
  • Viza prosesi ilə bağlı ilkin sənədləşməyə dəstək (əsas viza işi ayrıca görülürsə, koordinasiya)

Tələblər

  • İngilis dili biliyi – mütləqdir
  • Xaricdə təhsil sahəsində təcrübə arzuolunandır
  • Motivasiya və rəsmi məktubların yazılmasında bacarıq
  • Detallara diqqət, məsuliyyət və vaxtın düzgün idarə olunması
  • MS Word / Google Docs ilə rahat işləmə bacarığı
  • Ünsiyyətcil və komanda ilə işləmə bacarığı

Üstünlüklər

  • Xaricdə təhsil və ya beynəlxalq proqramlarda şəxsi təcrübə
  • IELTS / TOEFL biliyi
  • Universitet müraciət platformaları ilə tanışlıq (UCAS, uni-assist və s.)

Biz nə təklif edirik

  • Peşəkar və inkişafyönümlü iş mühiti
  • Beynəlxalq layihələrdə iştirak imkanı
  • Karyera inkişafı perspektivi
  • Əmək haqqı + bonus sistemi (təcrübəyə əsasən)

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: Mövzu hissəsində qeyd edin: Xaricdə Təhsil Mütəxəssisi

  • Daily0
  • Weekly148
  • Monthly2185