Nəyi bilməlidir:
- Azərbaycan dili sərbəst, ingilis dili texniki sənədləri oxumaq səviyyəsində;
- Periferik və şəbəkə qurğularla işləmək;
- “Windows” əməliyyat sistemi;
- Windows server və Acitve Director ilə praktiki iş bacarığı;
- Ethernet, IP və şəbəkə cihazlarının iş prinspiləri;
- VMWare;
- Microsoft Office programları.
Nəyi bacarmalıdır:
- Yüksək davranış və ünsiyyət;
- Düzgün təhliletmə və qərarvermə;
- Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
- Detallara diqqət yetirmə;
- Çeviklik;
- Punktuallıq.
Xüsusi tələblər:
- İT sahəsində ən azı 2 il iş təcrübəsi (otel və ya çoxşöbəli obyektdə təcrübə üstünlükdür)
- Virtual mühitin idarə olunması təcrübəsi
- Şəbəkə biliyi: VLAN, marşrutlaşdırma, firewall
- Backup sistemləri ilə iş təcrübəsi
- Otel idarəetmə və kassa sistemləri ilə tanışlıq üstünlükdür
- Problemi müstəqil diaqnoz etmək və sənədləşdirmək bacarığı
- Aidiyyatı sahə üzrə ali təhsil üstünlükdür.
- Səliqəli xarici görünüş.
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- E-mail culture;
- Komandada işləmə və düzgün idarəetmə;
- Ezama açıq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- Nahar şirkət tərəfindən verilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vəzifə öhdəlikləri:
- Serverlərin, şəbəkənin və iş stansiyalarının gündəlik dəstəyi
- Otel idarəetmə və kassa sistemlərinin işləkliyinin təmin edilməsi, təchizatçılarla koordinasiya
- Backup proseslərinin izlənməsi və bərpa testlərinin aparılması
- İstifadəçi hesablarının və giriş hüquqlarının idarə olunması
- Avadanlığın inventarizasiyası və sənədləşdirilməsi
- İnformasiya təhlükəsizliyi qaydalarına riayətin təmin edilməsi
Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “IT mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərə bilərlər.