HR Option HR Option
  • 880

İşə Qəbul üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Recruiter)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə Qəbul üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Recruiter)

  • Deadline 30 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Vyana Şokolad Evi

Vəzifə Öhdəlikləri:

  • Şirkətin işə qəbul ehtiyaclarını analiz etmək və vakansiyalar üzrə planlama aparmaq
  • İş elanlarının hazırlanması və uyğun platformalarda paylaşılması
  • Namizəd axtarışı, ilkin seçim və müsahibələrin keçirilməsi
  • Potensial namizədlərlə görüşlər və onların təcrübə və uyğunluğunu qiymətləndirilməsi
  • Yeni işçilərin adaptasiya və oriyentasiya prosesini izləmək və dəstək göstərmək
  • İşdən çıxış müsahibələrinin aparılması və  nəticə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
  • İşəqəbul və Ümumi insan resursları proseslərinin təkmilləşdirilməsi yönündə təkliflər hazırlamaq və tətbiq etmək
  • Filiallara vaxtaşırı səfərlər edərək müşahidə aparmaq və ehtiyacları müəyyənləşdirmək

 

 Namizəddən Tələblər:

  • Ali Təhsil
  • Minimum 2 il işə qəbul üzrə iş təcrübəsi ( F&B, pərakəndə və xidmət sahələrində üstünlükdür)
  • Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər
  • MS Office proqramları ( Word, Excel )  üzrə baza bilikləri 
  • İnkişafa yönümlü, Komandada və dinamik iş mühitdə işləmə bacarığı 
  • Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı
  • Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı

İş Şərtləri

  • İş qrafiki:  Həftə içi 09:00 – 18:00 (şənbə 09:00 – 13:00) 
  • Ünvan: Yaşayış yerinə uyğun filial ola bilər
  • Filiallar: Gənclik mall, Tarqovı, Elmlər, Əhmədli
  • Əmək Haqqı: Namizədin təcrübəsi və bilik bacarığına uyğun 1400 AZN – 1800 AZN ( Net) 

Müraciət üçün:

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily28
  • Weekly619
  • Monthly737