Tələblər:
- Ali Təhsil
- 20-30 yaş (son kurs tələbələri də müraciət edə bilərlər)
- Satış sahəsində min 6 ay iş təcrübəsi (satışda təcrübəsi olmayan lakin,karyerasını satış sahəsində qurmaq istəyən namizədlər müraciət edə bilər)
- Azərbaycan dilində səlis danışıq, yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığı
- Vaxtın düzgün idarə olunması və Analiz qabiliyyəti
- Ambisiyalı, məsuliyyətli,yaradıcı, gülərüz və dinamik
Vəzifə Öhdəlikləri:
- Müraciətçinin sorğularını ( mobil nömrə və sosial media platformaları üzərindən ) və ya istəklərini operativ olaraq cavablandırmaq,şirkətin fəaliyyət istiqamətləri və məhsulları haqqında ətraflı məlumat vermək
- Müştəri bazasının daim yenilənməsi və mövcud müştəri bazası ilə mütamadi işləmək
- Sosial media postları ilə bağlı təkliflərin verilməsi, ehtiyac olarsa fotoqraf və dizaynerlərlə postlarla bağlı müzakirələrin aparılması
- Satışın həyata keçirilməsi və prosesin yekunlaşana qədər izlənilməsi
- Müştəri məmnuniyyətinin qorunması, artırılması və məmnuniyyətin artırılması ilə bağlı təkliflərin verilməsi
- Yeni satış kanalları ilə bağlı təkliflərin irəli sürülməsi
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun təlim və xidmətlərini təqdim etmək
Biz nə təklif edirik:
- Karyerada inkişaf imkanı
- Daxili təlim və tədbirlərdə ödənişsiz iştirak etmə imkanı
- Geniş Networking
- Pozitiv, gənc və enerjili komanda ilə çalışma imkanı
İş şəraiti
- Ünvan: N.Nərimanov, Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi, bina 6, mərtəbə 5
- İş Qrafiki: 09:00 - 18:00 ( 6 gün,15:00 –dək)
- Əmək haqqı: 400 AZN (Bonus)
Maraqlanan namizədlər mövzu yerində "Satış üzrə kiçik mütəxəssis ” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.