Satış üzrə mütəxəssis

  • Истекает 24 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Dinamik komandamıza aktiv satış bacarıqlarına malik, nəticə yönümlü və yüksək iş tempində çalışmağı sevən Satış üzrə mütəxəssis axtarılır.

Əsas vəzifələr:

  • Yeni müştərilərin aktiv axtarışı və əlaqələrin qurulması;
  • Telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə satışların həyata keçirilməsi;
  • Mövcud müştərilərlə mütəmadi follow-up aparılması;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətin təqdim edilməsi;
  • Etirazların idarə olunması və satışın bağlanması;
  • Gündəlik və aylıq satış planlarının icrası;
  • CRM sistemində müştəri məlumatlarının və satış prosesinin düzgün idarə edilməsi;
  • Gündəlik satış fəaliyyətinin və nəticələrin hesabatının aparılması.

Namizədə tələblər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Aktiv satış və telefonla satış bacarığı;
  • Güclü kommunikasiya və inandırma qabiliyyəti;
  • Nəticə və hədəf yönümlü yanaşma;
  • Etirazlarla işləmək və satış bağlamaq bacarığı;
  • Yüksək iş intizamı və məsuliyyətlilik;
  • Gündəlik aktiv satış fəaliyyəti göstərməyə hazır olmaq;
  • CRM proqramları ilə işləmək bacarığı üstünlükdür.

İş şəraiti:

  • Tam iş günü;
  • Ofisdən iş;
  • Sabit əmək haqqı + satış bonusu;
  • Peşəkar inkişaf və karyera imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily138
  • Weekly277
  • Monthly2036