Dinamik komandamıza aktiv satış bacarıqlarına malik, nəticə yönümlü və yüksək iş tempində çalışmağı sevən Satış üzrə mütəxəssis axtarılır.
Əsas vəzifələr:
- Yeni müştərilərin aktiv axtarışı və əlaqələrin qurulması;
- Telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə satışların həyata keçirilməsi;
- Mövcud müştərilərlə mütəmadi follow-up aparılması;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətin təqdim edilməsi;
- Etirazların idarə olunması və satışın bağlanması;
- Gündəlik və aylıq satış planlarının icrası;
- CRM sistemində müştəri məlumatlarının və satış prosesinin düzgün idarə edilməsi;
- Gündəlik satış fəaliyyətinin və nəticələrin hesabatının aparılması.
Namizədə tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Aktiv satış və telefonla satış bacarığı;
- Güclü kommunikasiya və inandırma qabiliyyəti;
- Nəticə və hədəf yönümlü yanaşma;
- Etirazlarla işləmək və satış bağlamaq bacarığı;
- Yüksək iş intizamı və məsuliyyətlilik;
- Gündəlik aktiv satış fəaliyyəti göstərməyə hazır olmaq;
- CRM proqramları ilə işləmək bacarığı üstünlükdür.
İş şəraiti:
- Tam iş günü;
- Ofisdən iş;
- Sabit əmək haqqı + satış bonusu;
- Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.