Şirkət: Huner Construction MMC
Vəzifə öhdəlikləri:
- Baş ofis və inşaat sahəsində çalışan əməkdaşlar üçün həftəlik menyuya uyğun müxtəlif və balanslı yeməklərin hazırlanması
- Qida məhsullarının düzgün saxlanılmasına, keyfiyyətinə və yararlılıq müddətinə nəzarət edilməsi
- Mətbəx və mətbəx avadanlıqlarının sanitariya-gigiyena qaydalarına uyğun saxlanılması
- Mətbəx proseslərinin planlı və səmərəli şəkildə təşkili
- İaşə xidmətinin vaxtında və yüksək keyfiyyətlə təmin olunması
Tələblər:
- Minimum 1–2 il aşpaz vəzifəsində iş təcrübəsi (kollektiv yeməklərinin hazırlanması üzrə təcrübə üstünlükdür)
- Milli və gündəlik yeməklərin hazırlanması üzrə praktiki bilik və bacarıqlar
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena normaları üzrə biliklər
- Məsuliyyətli, operativ və təmizkar olmaq
- Komandada işləmək bacarığı və işə məsuliyyətli yanaşma
İş qrafiki:
- 5 günlük iş həftəsi
- İş saatları: 08:00 – 17:00
Əmək haqqı: 1000 AZN
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Aşpaz” qeyd etməklə göndərin.
Əlaqə: (+994 70) 282 28 66
WhatsApp: (+994 51) 847 51 22