Vəzifə Öhdəlikləri:
- Qonaqlara yüksək səviyyədə xidmət göstərərək müştəri məmnuniyyətini təşviq etmək.
- Şirkətin standartlarına uyğun olaraq bütün qonaqları qarşılamaq və salamlamaq.
- Otelin restoranında mövcud olan müxtəlif məhsul və xidmətlər barədə məlumatlı olmaq və onları qonaqlara təqdim etmək.
- Mətbəx heyəti ilə effektiv şəkildə ünsiyyət quraraq sifarişlərin düzgün və vaxtında çatdırılmasını təmin etmək.
- Tələb olunduqda restoran və görüş otaqlarında masaların qurulması və təmizlənməsi işlərini həyata keçirmək.
- Brend standartlarına uyğun olaraq məhsulun təqdimatı, keyfiyyəti və xidmətlə bağlı proses və prosedurları yerinə yetirmək.
- Hesabları təqdim etmək və qonaqlardan ödənişləri qəbul etmək (POS sistemi vasitəsilə, nağd pul və kredit/debet kartlarının işlənməsi daxil olmaqla).
- Bütün F&B iş yeri sahələrinin təmiz, səliqəli və qonaqları qəbul etməyə hazır olmasını təmin etmək.
- Bütün aidiyyəti səhiyyə qaydalarına və qonaq xidməti üzrə təlimatlara riayət etmək.
Namizədə Tələblər:
- Qonaqpərvərlik sənayesində təcrübənin olması arzuolunandır.
- İngilis və Rus dillərində orta səviyyədə bilməlidir.
- Müştəri xidmətinə fokuslanma.
- Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
Detallara diqqət. - Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.