Vəzifə öhdəlikləri:
- Otelin xidmət və məhsullarının satışını təşkil etmək və satış həcmini artırmaq;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi;
- Korporativ şirkətlər, turizm agentlikləri və tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
- Potensial müştərilərlə görüşlərin keçirilməsi, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Satış strategiyasının hazırlanması və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
- Bazar araşdırmasının aparılması, rəqiblərin fəaliyyətinin və qiymət siyasətinin təhlil edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Otelin otaq, restoran, konfrans və tədbir xidmətlərinin satışının təşviq edilməsi;
- Satış nəticələrinin təhlil edilməsi və mütəmadi hesabatların hazırlanması;
- Otelin gəlirlərinin artırılması məqsədilə yeni satış imkanlarının araşdırılması;
- Digər şöbələrlə koordinasiyalı şəkildə çalışmaq və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədə aid tələblər:
- Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə minimum 3 il iş təcrübəsi
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.