Vəzifə öhdəlikləri:
- Hotel və restoran xidmətləri ilə bağlı Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və müqavilələr bağlamaq bacarığı.
- Aktiv satış texnikalarından istifadə etmək və müştərilərlə müqavilənin imzalanmasından başlayaraq onun icrasına qədər prosesi idarə etmək bacarığı.
- Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün strateji planlaşdırma və iş prosesinin təşkili üzrə bacarıqlara malik olmalı.
- Səlis yazılı və şifahi nitq bacarığı, Power Point və Opera (PMS) digər alətlərdən istifadə etməklə prezentasiyaların ictimaiyyətə təqdim etmə bacarığı.
- Əməkdaşlarını hotellərə yerləşdirən və xarici mütəxəssislərlə işləyən şirkətləri Hotelimizə cəlb etmək və özəl qiymət planı çıxarmaq.
- Mövcud bazarın və rəqiblərin araşdırılması, satışın artırılması imkanlarını müəyyən etmə bacarığı.
- Uzunmüddətli nəticələr üçün motivasiyalı olmaq və şirkətin bazar payının artırılması.
- Yeni potensial müştərilərin araşdırılması, onların əməkdaşlığa cəlb edilməsi və müştəri bazasının artırılması.
- İllik büdcənin hazırlanması, təsdiqlənməsi və nəzarət edilməsi.
- Qarşıya qoyulan hədəflərə yönəlmiş fəaliyyət göstərməsi.
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması.
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması.
Tələblər:
- Biznes, satış və ya əlaqədar sahə üzrə ali təhsil arzuolunandır
- Korporativ satış sahəsində iş təcrübəsi
- Yüksək kommunikasiya və müzakirə aparma bacarığı
- Korporativ müştərilər ilə işləmə təcrübəsi və geniş bazar bilikləri
- Rus və ingilis (Intermediate) dillərini bilmək
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində “Satış üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.