Vəzifə öhdəlikləri:
- Stewarding əməkdaşlarının gündəlik iş bölgüsünü və növbə cədvəlini təşkil etmək.
- Mətbəx, restoran və digər sahələrin təmizlik standartlarına uyğun saxlanılmasına nəzarət etmək.
- Qab-qacaq, stəkan, çəngəl-bıçaq, mətbəx avadanlıqları və digər inventarın yuyulmasını və düzgün saxlanmasını təmin etmək.
- Qabyuyan maşınların və digər stewarding avadanlıqlarının düzgün işləməsinə nəzarət etmək.
- Təmizlik vasitələrinin, kimyəvi maddələrin və digər materialların stokunu izləmək və vaxtında sifariş üçün məlumat vermək.
- İşçilərin gigiyena, sanitariya və təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək.
- HACCP və hotelin qida təhlükəsizliyi standartlarına uyğunluğa nəzarət etmək.
- Təmiz və çirkli qabların düzgün ayrılmasını və inventarın itkisiz idarə olunmasını təmin etmək.
- Qırılmış və ya itmiş inventarın qeydiyyatını aparmaq və rəhbərliyə hesabat vermək.
- Mətbəx və F&B şöbələri ilə koordinasiyalı işləmək.
- Xüsusi tədbirlər, banketlər və yüksək doluluq zamanı əlavə stewarding ehtiyaclarını planlaşdırmaq.
- İşçilərin təlimini, iş prosesinə uyğunlaşdırılmasını və performansını izləmək.
- Gündəlik təmizlik və iş prosesləri üzrə yoxlamalar aparmaq.
- İşçilərin iş təhlükəsizliyi qaydalarına və PPE istifadəsinə riayət etməsinə nəzarət etmək.
- Növbənin sonunda iş sahəsinin, avadanlıqların və inventarın vəziyyətini yoxlamaq.
Namizədə tələblər:
- Müvafiq sahədə ən azı 2 illik təcrübə
- Komanda ilə işləmək və idarəetmə bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Gigiyena və təhlükəsizlik qaydaları haqqında bilik
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.