İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 425

İcbari Sığorta Bürosu

Digər

Aparıcı frontend proqramçı (Fullstack developer, PHP backend)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı frontend proqramçı (Fullstack developer, PHP backend)

  • Deadline 25 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • Web platformaların hazırlanması və inkişaf etdirilməsi;
  • Backend və frontend üzrə işlərin əlaqələndirilməsi və tətbiqi;
  • Laravel çərçivəsində fərqli istiqamətlər üzrə (Events, Queues, Broadcasting və s.) layihələrin idarə olunması və işlənməsi;
  • REST və SOAP web servislərlə inteqrasiyanın həyata keçirilməsi;
  • Proqram təminatında qarşıya çıxan texniki çətinliklərin təhlili və həlli;
  • Verilənlər bazası modellərinin qurulması və sorğuların optimallaşdırılması;
  • Sistemlərin performansını artırmaq məqsədi ilə Cache (Redis) texnologiyasından istifadə edilməsi;
  • Mesajlaşma sistemləri (ActiveMq və ya RabbitMq) üzərindən məlumat axınının idarə olunması;
  • Mövcud sistemlərə texniki dəstəyin göstərilməsi və yenilənmələrin tətbiqi;
  • Frontend hissədə HTML, JavaScript (Vue JS) və CSS framework-ləri ilə işləmək (Tailwind CSS və ya Bootstrap);
  • Vite və Webpack kimi frontend yığıcı alətlərdən istifadə edilməsi;
  • Mikroservis arxitekturası və API Gateway həlləri ilə işləməyə bələdlik;
  • Git versiya nəzarət sistemi ilə komanda mühitində işləmək bacarığı;
  • İstər frontend, istərsə də backend tərəfdə arxitektura səviyyəsində qərarlar verə bilmək və bu qərarların həyata keçirilməsinə nəzarət etmək;
  • Çevik metodologiyaların tətbiqi (Agile, Scrum);
  • Kodun keyfiyyətinə nəzarət və texniki sənədlərin hazırlanması.

Namizədə dair tələblər:

Təhsil və Təcrübə:

  • Ali təhsil (kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqədar sahələr);
  • Fullstack developer kimi minimum 3 il iş təcrübəsi;
  • Laravel çərçivəsində ən azı 3 fərqli istiqamət üzrə real (production) layihə təcrübəsi.

Texniki Bacarıqlar:

  • PHP və Laravel çərçivəsində yüksək səviyyədə proqramlaşdırma bilikləri;
  • Core JS üzrə yaxşı səviyyədə bilik və praktiki təcrübə, modern Javascript kitabxanaları və Frameworklərindən istifadə etmə (Vue JS üstünlükdür, React və s);
  • HTML və CSS framework-ləri (Tailwind CSS və ya Bootstrap) ilə iş təcrübəsi;
  • CSS preprocessors ilə iş təcrübəsi (SASS, SCSS, LESS);
  • Frontend build alətləri (Vite, Webpack) ilə tanışlıq;
  • Verilənlər bazası sistemləri ilə iş təcrübəsi (MySQL, PostgreSQL);
  • Cache texnologiyası – Redis ilə iş təcrübəsi;
  • ActiveMq və ya RabbitMq üzərində mesajlaşma sistemləri ilə işləmə bacarığı;
  • REST və SOAP interfeysləri ilə sistem inteqrasiyası təcrübəsi;
  • Mikroservis arxitekturası və API Gateway həlləri üzrə bilik və təcrübə;
  • Git vasitəsilə versiya nəzarəti və komanda ilə işləmə bacarığı;
  • SOLID prinsipləri, Clean Architecture və baxımlı kod yazmaq üçün qabaqcıl praktikalar üzrə güclü anlayış;
  • Frontend və backend hissələr üzrə arxitektura qərarlarının verilməsi və onların tətbiqinə rəhbərlik bacarığı.
  • Linux əməliyyat sistemləri üzrə proqramçı səviyyəsində biliklər. (Apache , Nginx configurasiyaları üzrə anlayışlı olmaq, layihənin linux əməliyyat sistemində qaldırılması üzrə biliklər nəzərdə tutulur)

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • İngilis dili – yaxşı
  • Rus dili – arzu olunandır.

Digər bacarıqlar:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı.

Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.

  • Daily42
  • Weekly150
  • Monthly514