I İcbari Sığorta Bürosu
  • 616

İcbari Sığorta Bürosu

Biznes analitikası bölməsinin rəhbəri (Layihə Meneceri)

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes analitikası bölməsinin rəhbəri (Layihə Meneceri)

  • Deadline 2 Avqust 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri:  Bakı.

Əsas vəzifələr:

  • Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
  • Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartlarına və tələblərinə əsasən layihənin idarə edilməsi;
  • Layihə üzrə Büronun təmsil edilməsi, digər müvafiq qurumlarla əlaqələrin qurulması və tənzimlənməsi;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
  • Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
  • Təhlil nəticələri və təkliflərin rəhbərliyə və digər maraqlı tərəflərə təqdim etmək;
  • İcbari sığorta məhsullarının performansını və bazar tendensiyalarını izlənməsi və təhlil edilməsi;
  • Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
  • Şöbə və bölmələr arası əməkdaşlığın və innovativ komanda mühitini təşviq etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • İT layihələr üzrə rəhbəri kimi ən azı 3-5 il iş təcrübəsi;
  • PMP və ya digər müvafiq layihə idarəetmə üzrə sertifikatı olması üstünlükdür;
  • Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
  • BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
  • Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
  • MS Project üzrə biliklər arzu olunandır;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji, həll yönümlü və tənqidi düşünmə qabiliyyəti;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Gərgin iş rejimində işləmək bacarığı;

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Günlük123
  • Həftəlik486
  • Aylıq486