İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu

İcbari Sığorta Bürosu

Digər

Biznesin inkişafı departamentinin metodologiya şöbəsinin mütəxəssisi (hüquqşünas)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı departamentinin metodologiya şöbəsinin mütəxəssisi (hüquqşünas)

  • Deadline 24 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Əsas vəzifə öhdəlikləri:

  • Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması ilə bağlı hüquqi və praktiki təkliflər hazırlayır;
  • Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
  • Sığorta fəaliyyəti ilə bağlı potensial riskləri müəyyənləşdirir və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır, müvafiq təkliflər formalaşdırır;
  • Sığorta şirkətləri və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.

Namizədə tələblər: 

  • Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
  • Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatları təhlil etmək bacarığı;
  • Güclü analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
  • Qabaqcıl ölkələrin təcrübəsini araşdırmaq, təhlil etmək və yerli mühitə tətbiq etmək bacarığı;
  • Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək praktiki yanaşma formalaşdırmaq bacarığı;
  • MS Office proqramlarından və hüquqi informasiya sistemlərindən istifadə bacarığı.

Təcrübə: 

  • Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
  • Ən azı bir xarici dili sərbəst şəkildə oxuma və yazma bacarığı (ingilis və ya rus dili üstünlük təşkil edir).

Əlavə üstünlüklər:

  • Magistr və ya ona bərabər ali hüquq təhsili;
  • Sığorta sahəsində normativ-metodoloji baza üzrə biliklər və bu sahədə tətbiq olunan hüquqi çərçivəyə dair anlayış.

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily35
  • Weekly528
  • Monthly1315