I İcbari Sığorta Bürosu
  • 1.3K

İcbari Sığorta Bürosu

Biznesin İnkişafı şöbəsinin rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin İnkişafı şöbəsinin rəisi

  • Deadline 1 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:

  • Büronun səlahiyyətlərinə aid məsələlər üzrə keyfiyyətli və əhatəli, daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi, rəhbərliyə və aidiyyəti istifadəçilərə çatdırılmasını təmin etmək;
  • İcbari sığorta üzrə Büronun istismarında olan avtomatlaşdırlmış sistemlərdə mövcud olan məlumatların toplanmasını, emalını, icmallaşdırılmasına nəzarəti həyata keçirtmək
  • Toplanmış məlumatların təhlilini həyata keçirtmək;
  • Toplanan və emal edilən məlumatlar üzrə məhsul və xidmətlərin (sığortaçılarda aktuari hesablamaları və anderraytinq aparılması üçün faydalı olan xidmətlər və s.) yaradılmasını təşkil etmək
  • Toplanan və emal edilən məlumatlar üzrə yaradılan məhsul və xidmətlərinin satışına nəzarət etmək
  • Dövrü olaraq arayışların hazırlanmasına (radar, qəza keçmişinə dair və s.) nəzarət etmək
  • Baş verən sığorta hadisələri və sığorta iddialarının tənzimlənməsi ilə əlaqədar müxtəlif analitik hesabatların hazırlanması, hesabatların sığorta bazarı və aidiyyəti qurumlarla paylaşılmasını təmin etmək

Tələb olunan səriştələr:

  • Ali iqtisadi və ya  hüquq təhsili;
  • Ən azı 3 il rəhbər vəzifədə təcrübə  (sığorta sahəsində təcrübəyə üstünlük verilir);
  • Analitik təhlil bacarığı;
  • Böyük məlumatların emalı proqramlarında ən azı birini bilmək (Matlab, SQL, My SQL və s);
  • Yaradıcı olmaq.

Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.

  • Daily0
  • Weekly253
  • Monthly1930