İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 271

İcbari Sığorta Bürosu

Digər

Daxili Audit üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Audit üzrə mütəxəssis

  • Deadline 23 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi məlumat

  • İş rejimi: Tam ştat
  • Təcrübə: Minimum 2 il (audit və ya əlaqədar sahələrdə)
  • Təhsil: Ali (audit,iqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə)

Vəzifə öhdəlikləri

  • Təsdiq edilmiş illik daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılması
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, Daxili audit xidmətinin əsasnaməsi, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara,qaydalar, habelə Daxili audit strategiyası və audit metodologiyasından irəli gələn tələblərə əməl etmək
  • Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması
  • Biznes proseslərin, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi, risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi
  • Maliyyə, əməliyyat, satınalma üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi
  • Ehtiyatlardan istifadənin səmərəliliyi,düzgünlüyü, onlardan istifadəyə nəzarətin qiymətləndirilməsi
  • Audit nəticələri üzrə hesabatların hazırlanması  və tövsiyələrin formalaşdırılması
  • Verilmiş tövsiyələrin icrasına nəzarət və təkrar yoxlamaların aparılması
  • Proses sahibləri ilə birbaşa kommunikasiya və rəy mübadiləsinin təşkili
  • Audit komitəsi və rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak
  • Kənar auditorlarla əməkdaşlıq
  • Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası

Namizədə dair tələblər

  • Ali iqtisadi təhsil
  • Audit və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
  • Audit metodologiyaları,risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə biliklər
  • Daxili auditorlar institutunun standartları  (IIA) və Beynəlxalq Maliyyə hesabatları standartları (IFRS) üzrə biliklər (üstünlükdür)
  • MS Excel və Word – əla səviyyədə
  • Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır
  • Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə sertifikatlarının olması üstünlükdür.                          

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik
  • Komandada işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarığı
  • Obyektivlik və etik davranış

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly504
  • Monthly1936