I İcbari Sığorta Bürosu
  • 1.2K

İcbari Sığorta Bürosu

Maliyyə şöbəsinin rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə şöbəsinin rəisi

  • Deadline 4 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:

  • Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq Büro maliyyə idarəetməsi üzrə uçot siyasətinə və aparılan əməliyyatların uçot siyasətinə uyğunluğuna nəzarəti həyata keçirib, maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətin qorunmasına nəzarəti həyata keçirtmək.
  • Maliyyə idarəetməsi üzrə siyasət və qaydaları hazırlamaq, ilkin büdcə layihəsini hazırlamaq, müvafiq dövlət orqanlarına dövri hesabatlar və məlumatlar hazırlamaq, onların təqdim edilməsini təmin etmək, əmlakın, pul vəsaitlərinin və əsas vəsaitlərin qorunmasını və mühafizəsini həyata keçirtmək
  • İşçilərin əmək haqqı və ona bərabər tutulan ödənişlərin uçotunu və bu ödənişlər üzrə tutulan vergilər və ayırmalarla bağlı əməliyyatlara nəzarəti həyata keçirtmək.
  • Xərclərin səmərəliliyinə və büdcənin icrasına, investisiya portfelinin idarə edilməsinə nəzarət etmək;
  • Təminat sisteminin təkmilləşdirilməsinə, təminatla əlaqədar müştərilərə hüquqi xidmətlərə, təşkilati strukturun layihəsinin, struktur bölmələrin əsasnamələrinin hazırlanmasına, təqvim haqqlarının toplanmasına, kompensasiya ödənişləri üzrə ehtiyatların formalaşdırılmasına, kompensasiya ödənişlərinə nəzarət etmək;
  • İnvestisiya portfelinə, Himayəçilər Şurası tərəfindən təsdiq olunan “İnvestisiya siyasəti qaydaları”na uyğun işlərin aparılmasına, qlobal və yerli maliyyə bazarlarına, texniki və iqtisadi qiymətləndirmələrə nəzarət edir, rəhbər şəxslərə müvafiq hesabatların verilməsini təmin etmək;
  • İflas olmuş sığorta şirkətləri sağlamlığa və əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən verilən kompensasiya ödənişlərinin analitikasının aparılmasına nəzarət etmək;
  • Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanmasını təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasına, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Mühasibat proqramlarının işlənməsinə, elektron hesabatların tərtibinə və müvafiq qaydada təqdim edilməsinə nəzarət etmək

Təhsil:

  • Ali iqtisadi

Dil bilikləri:

  • Azərbaycan dili - əla
  • Rus dili - əla

İş Təcrübəsi:

  • Sahə üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilə bilər.

Yetkinliklər:

  • Ünsiyyət və əməkdaşlıq bacarıqları
  • Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily48
  • Weekly143
  • Monthly48