Vəzifə öhdəlikləri
- sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;
- sığorta bazarı ilə bağlı beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları təhlil edir (sığortalanma modeli, bazar şərtləri və s.) və həmin təcrübənin yerli mühitə uyğunlaşdırılması üzrə əsaslandırılmış təkliflər hazırlayır;
- sığorta bazarı üzrə mövcud trendləri, problemli sahələri və bazar iştirakçılarının davranış dəyişikliklərini mütəmadi təhlil edir və nəticələr barədə analitik arayışlar hazırlayır;
- qanunvericiliyin tələbləri ilə bazar iştirakçılarının faktiki davranışı arasında uyğunsuzluqları, habelə nəzarət mexanizmlərində boşluqları aşkar edir və aşkar edilmiş boşluqlar üzrə əsaslandırılmış təkliflər hazırlayır;
- sığorta bazarının məruz qaldığı riskləri təhlil edir, qiymətləndirir və onların aradan qaldırılması üzrə təkliflər verir;
- normativ və metodoloji dəyişiklik təşəbbüsləri üzrə təklif olunan dəyişikliklərin təsirini təhlil edir;
- dəyişiklik təşəbbüsləri üzrə alternativ həll ssenarilərini müəyyən edərək müqayisə edir, hər bir ssenari üzrə ölçülə bilən nəticələr və risk matrisi hazırlayır;
- daxil olan təkliflər və rəylər üzrə analitik arayışlar hazırlayır;
- səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə baxır, sorğu və məktublara cavab layihələrini hazırlayır;
- rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Vəzifə tələbləri
- Ali təhsil və azı 2 il iş stajı ((hüquq üzrə təhsil və sığorta sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir);
- Analitik düşüncə və strateji baxış qabiliyyəti;
- Analitik yazı bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Excel-də böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini sərbəst bilmək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.