İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 239

İcbari Sığorta Bürosu

Прочее

Metodologiya şöbəsinin analitiki

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Metodologiya şöbəsinin analitiki

  • Истекает 13 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;
  • sığorta bazarı ilə bağlı beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları təhlil edir (sığortalanma modeli, bazar şərtləri və s.) və həmin təcrübənin yerli mühitə uyğunlaşdırılması üzrə əsaslandırılmış təkliflər hazırlayır;
  • sığorta bazarı üzrə mövcud trendləri, problemli sahələri və bazar iştirakçılarının davranış dəyişikliklərini mütəmadi təhlil edir və nəticələr barədə analitik arayışlar hazırlayır;
  • qanunvericiliyin tələbləri ilə bazar iştirakçılarının faktiki davranışı arasında uyğunsuzluqları, habelə nəzarət mexanizmlərində boşluqları aşkar edir və aşkar edilmiş boşluqlar üzrə əsaslandırılmış təkliflər hazırlayır;
  • sığorta bazarının məruz qaldığı riskləri təhlil edir, qiymətləndirir və onların aradan qaldırılması üzrə təkliflər verir;
  • normativ və metodoloji dəyişiklik təşəbbüsləri üzrə təklif olunan dəyişikliklərin təsirini təhlil edir;
  • dəyişiklik təşəbbüsləri üzrə alternativ həll ssenarilərini müəyyən edərək müqayisə edir, hər bir ssenari üzrə ölçülə bilən nəticələr və risk matrisi hazırlayır;
  • daxil olan təkliflər və rəylər üzrə analitik arayışlar hazırlayır;
  • səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə baxır, sorğu və məktublara cavab layihələrini hazırlayır;
  • rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Vəzifə tələbləri

  • Ali təhsil və azı 2 il iş stajı ((hüquq üzrə təhsil və sığorta sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir);
  • Analitik düşüncə və strateji baxış qabiliyyəti;
  • Analitik yazı bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Excel-də böyük həcmli məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini sərbəst bilmək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly608
  • Monthly1295