I İcbari Sığorta Bürosu
  • 302

İcbari Sığorta Bürosu

Platforma və Virtualizasiya üzrə Sistem Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Platforma və Virtualizasiya üzrə Sistem Mühəndisi

  • Deadline 16 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • Virtual maşınların yaradılması, monitorinqi və problemlərinin aradan qaldırılması;
  • Platforma və virtualizasiya mühitlərinin fasiləsiz və effektiv idarə olunması;
  • VMware vSphere, Microsoft Hyper-V, KVM kimi virtualizasiya texnologiyaları ilə sistemlərin qurulması və dəstəklənməsi;
  • Bulud platformalarının (AWS, Azure, Google Cloud) idarə olunması və sistemlərə inteqrasiyası;
  • Linux və Windows serverlərinin optimallaşdırılması və texniki dəstəyi;
  • Storage sistemləri (SAN, NAS) üzrə konfiqurasiya və idarəetmə;
  • Təhlükəsizlik və performans monitorinqi proseslərinin həyata keçirilməsi;
  • Avtomatlaşdırma skriptlərinin yazılması (PowerShell, Bash, Python və s.);
  • Konfiqurasiya və idarəetmə alətləri (Ansible, Puppet, Chef və s.) ilə iş;
  • Yedəkləmə və bərpa strategiyalarının planlanması və icrası;
  • Yüksək mövcudluq (HA) və yük balanslaşdırma (Load Balancing) texnologiyalarının tətbiqi;
  • İT resurslarının və xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə texniki problemlərin diaqnostikası və operativ həlli.

Namizədə dair tələblər:

Təhsil və sertifikatlar:

  • Ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqədar sahələr üzrə);
  • Virtualizasiya və bulud texnologiyaları üzrə beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür (məs., VMware, Microsoft Azure, AWS, Red Hat və s.);

Dil bilikləri:

  • Azərbaycan dili – əla;
  • İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
  • Rus dili – arzuolunandır.

Təcrübə:

  • Platforma və virtualizasiya mühitlərinin idarə olunması üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • VMware vSphere, Microsoft Hyper-V, KVM və s. virtualizasiya texnologiyaları ilə işləmə təcrübəsi;
  • Bulud platformalarının idarə olunması və inteqrasiyası üzrə biliklər (AWS, Azure, Google Cloud);
  • Linux və Windows server sistemlərinin idarə olunması üzrə təcrübə;
  • Şəbəkə infrastrukturu, təhlükəsizlik və sistem monitorinqi üzrə biliklər.

Texniki biliklər:

  • Skript yazmaq bacarığı (PowerShell, Bash, Python və s.);
  • Storage (SAN, NAS) sistemləri ilə iş təcrübəsi;
  • Ansible, Puppet, Chef kimi konfiqurasiya alətləri ilə işləmə bacarığı;
  • Yedəkləmə və bərpa strategiyalarının həyata keçirilməsi;
  • HA və Load Balancing prinsipləri üzrə biliklər;
  • Texniki problemlərin effektiv diaqnostikası və həll bacarığı.

Yumşaq bacarıqlar:

  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Komanda ilə işləmə və effektiv ünsiyyət qurma bacarığı;
  • Stress altında işləmə və prioritetləri düzgün müəyyənləşdirmə qabiliyyəti.

Əlavə üstünlüklər:

  • İT təhlükəsizliyi üzrə biliklər;
  • Container texnologiyaları (Docker, Kubernetes) üzrə təcrübə;
  • DevOps prinsipləri və alətləri barədə anlayış.

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily31
  • Weekly668
  • Monthly2191