İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işin təşkili və ona rəhbərlik edilməsi;
- Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, fəaliyyətin əlaqələndirilməsi və icra intizamına nəzarət;
- Elektron xidmətlər, informasiya sistemləri və ehtiyatları üzrə texniki tədbirlərin və təkmilləşdirmələrin həyata keçirilməsi;
- Büronun və ona bağlı qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- İT layihələrinin icrasında aktiv iştirak və nəzarət;
- Əməkdaşların İT sahəsində biliklərinin artırılması məqsədilə təlimlərdə iştirakının təşkili;
- Proqram və texniki vasitələrin istismarı zamanı yaranan problemlərin həlli və əməkdaşlara dəstək göstərilməsi;
- Yeni tətbiq edilən telekommunikasiya sistemləri və İT həlləri üzrə struktur bölmələrə metodiki dəstək verilməsi;
- Ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması.
- Fəaliyyət planlaşdırma və prioritetləşdirmə bacarığı
- Əməkdaşların motivasiyası və performansının dəyərləndirilməsi
- Strateji yanaşma və qərarvermə bacarığı
- Çevik idarəetmə və dəyişikliklərə uyğunlaşma
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil (İT və ya əlaqədar sahələr üzrə);
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Texniki və funksional biliklər:
- Yüksək səviyyədə Microsoft Excel;
- APİ sənədləşmənin tərtibatı və yoxlanılması;
- Json, XML struktur təsviri və APİ hazırlanmasında iştirak;
- Data modelin hazırlanması və rəy verilməsi;
- Postman, Swagger ilə işləmək bacarığı;
- Draw.io, MS Visio ilə iş axınlarının tərtibi üçün tapşırıqvermə və qaydaların müəyyənləşdirilməsi;
- Figma, Miro kimi alətlərlə dizayn və mockuplar üzrə tapşırıqların hazırlanması;
- İri həcmli məlumat bazası və SQL ilə işləmək bacarığı;
- Vizuallaşdırma alətlərindən (Power BI, Tableau və s.) biri ilə təcrübə;
- Data analitika alətlərindən (Python və s.) ən azı biri ilə işləmə bacarığı;
- Proqram təminatının texniki tapşırıqlarının yoxlanılması və funksional testlərin aparılması;
- Daxili biznes məntiqinin inkişafı və keyfiyyətə nəzarət;
- Daxili və xarici işçi qruplarla effektiv ünsiyyətin qurulması;
- Hesabatların hazırlanması və təhlili.
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və iri həcmli məlumatlarla işləmə bacarığı;
- Məsuliyyətlilik, operativlik və dəqiqlik;
- Komanda ilə işləmək və idarəetmə bacarıqları.
- Tənqidi yanaşma və obyektiv qiymətləndirmə bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
- Rus dili – arzuolunandır.
Namizədlər (subject hissəsində vəzifənin adını qeyd etməklə) CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.