I İcbari Sığorta Bürosu
  • 379

İcbari Sığorta Bürosu

Rəqəmsal həllərin analizi və tətbiqi şöbəsi – Şöbə rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rəqəmsal həllərin analizi və tətbiqi şöbəsi – Şöbə rəhbəri

  • Истекает 16 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə işin təşkili və ona rəhbərlik edilməsi;
  • Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, fəaliyyətin əlaqələndirilməsi və icra intizamına nəzarət;
  • Elektron xidmətlər, informasiya sistemləri və ehtiyatları üzrə texniki tədbirlərin və təkmilləşdirmələrin həyata keçirilməsi;
  • Büronun və ona bağlı qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • İT layihələrinin icrasında aktiv iştirak və nəzarət;
  • Əməkdaşların İT sahəsində biliklərinin artırılması məqsədilə təlimlərdə iştirakının təşkili;
  • Proqram və texniki vasitələrin istismarı zamanı yaranan problemlərin həlli və əməkdaşlara dəstək göstərilməsi;
  • Yeni tətbiq edilən telekommunikasiya sistemləri və İT həlləri üzrə struktur bölmələrə metodiki dəstək verilməsi;
  • Ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması. 
  • Fəaliyyət planlaşdırma və prioritetləşdirmə bacarığı
  • Əməkdaşların motivasiyası və performansının dəyərləndirilməsi
  • Strateji yanaşma və qərarvermə bacarığı
  • Çevik idarəetmə və dəyişikliklərə uyğunlaşma

Namizədə dair tələblər:

Təhsil və təcrübə:

  • Ali təhsil (İT və ya əlaqədar sahələr üzrə);
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

Texniki və funksional biliklər:

  • Yüksək səviyyədə Microsoft Excel;
  • APİ sənədləşmənin tərtibatı və yoxlanılması;
  • Json, XML struktur təsviri və APİ hazırlanmasında iştirak;
  • Data modelin hazırlanması və rəy verilməsi;
  • Postman, Swagger ilə işləmək bacarığı;
  • Draw.io, MS Visio ilə iş axınlarının tərtibi üçün tapşırıqvermə və qaydaların müəyyənləşdirilməsi;
  • Figma, Miro kimi alətlərlə dizayn və mockuplar üzrə tapşırıqların hazırlanması;
  • İri həcmli məlumat bazası və SQL ilə işləmək bacarığı;
  • Vizuallaşdırma alətlərindən (Power BI, Tableau və s.) biri ilə təcrübə;
  • Data analitika alətlərindən (Python və s.) ən azı biri ilə işləmə bacarığı;
  • Proqram təminatının texniki tapşırıqlarının yoxlanılması və funksional testlərin aparılması;
  • Daxili biznes məntiqinin inkişafı və keyfiyyətə nəzarət;
  • Daxili və xarici işçi qruplarla effektiv ünsiyyətin qurulması;
  • Hesabatların hazırlanması və təhlili.

Yumşaq bacarıqlar:

  • Analitik düşüncə və iri həcmli məlumatlarla işləmə bacarığı;
  • Məsuliyyətlilik, operativlik və dəqiqlik;
  • Komanda ilə işləmək və idarəetmə bacarıqları.
  • Tənqidi yanaşma və obyektiv qiymətləndirmə bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili – əla;
  • İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
  • Rus dili – arzuolunandır.

 

Namizədlər (subject hissəsində vəzifənin adını qeyd etməklə) CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly677
  • Monthly2200