Öhdəliklər:
- İT və İnformasiya riskləri üzrə Risk çərçivəsinin və metodologiyanın qurulmasında iştirak
- İT və İnformasiya təhlükəsizliyi üzrə proseslərinin risk metodologiyasına əsasən qiymətləndirilməsi
- Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi
- Büronun IT sistemləri və infrastrukturu, informasiya təhlükəsizliyi üzrə risklərin təyin edilməsi
- IT və informasiya təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi və nəzarət sistemlərinin effektivliyinin yoxlanılması
- IT layihələrin (ERP, core banking, digital platformalar və s.) üzrə risklərin müəyyənləşdirilməsi və izlənilməsi
- SWIFT, ISO 27001, COBIT, NIST kimi çərçivə və standartlara əsaslanaraq monitorinqlərin aparılması, uyğunsuzluqların müəyyən edilməsi
- Təhlükəsizlik hadisələri, backup, BCP/DRP, endpoint və şəbəkə qorunması, bulud texnologiyaları və s. üzrə nəzarətlərin qiymətləndirilməsi
- İT və İnformasiya Təhlükəsizliyi insidentlərinin izlənilməsi, onların qəbulu və qiymətləndirilməsi
- Audit tapıntıların izlənilməsi və düzəliş planlarının yerinə yetirilməsinə nəzarət
- Risk Hesabatlarının hazırlanması
- Risk reyestrinin idarə edilməsi
- İT və İnformasiya təhlükəsziliyi proseslərindəki nəzarət boşluqlarının müəyyənləşdirilməsi və nəzarət effektivliyinin qiymətləndirilməsi
- Vəzifə ilə bağlı rəhbərdən gələn digər tapşırılar
Tələblər;
- Ali təhsil (İT, informasiya təhlükəsizliyi, informasiya sistemləri və ya oxşar sahə üzrə)
- Minimum 3-5 il IT audit və ya IT risk,informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi
- COBIT, ISO 27001, ITIL, NIST və digər çərçivələr üzrə biliklər
- Linux komandaları, log analizləri və şəbəkə anlayışları üzrə texniki bilik
- Yazılı və şifahi ünsiyyət bacarıqları, analitik düşüncə, detallara diqqət
- Komanda ilə işləmək bacarığı və yüksək etik dəyərlər
- Azərbaycan və ingilis dillərində işgüzar ünsiyyət bacarığı
- CISA, CISSP, CRISC, CEH, ISO/IEC 27001 və ya digər müvafiq sertifikatlara sahib olanlar
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.