İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu

İcbari Sığorta Bürosu

Страхование

Süni intellekt üzrə mühəndis (AI Engineer)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Süni intellekt üzrə mühəndis (AI Engineer)

  • Истекает 11 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı  

Vəzifə öhdəlikləri: 

  • Biznes tələblərini başa düşmək, təhlil etmək və təşkilat üçün süni intellekt (AI) və maşın öyrənməsi (ML) imkanlarını müəyyən etmək; 
  • Müasir AI alətlərini, LLM (Böyük Dil Modelləri) və ML çərçivələrini araşdırmaq, uyğun olanları seçmək və biznes proseslərinə tətbiq etmək; 
  • Mövcud İT sistemlərinin vəziyyətini təhlil etmək və AI modellərinin bu sistemlərlə (mikroservislər və verilənlər bazaları) inteqrasiyasını təmin etmək; 
  • Verilənlərin toplanması, təmizlənməsi, emalı və modellər üçün hazırlanması proseslərini qurmaq və optimallaşdırmaq 
  • Biznes ehtiyaclarına cavab verən proqnozlaşdırıcı modellər, çat-botlar və ya avtomatlaşdırma həlləri hazırlamaq; 
  • AI modellərinin dəqiqliyini, performansını və təhlükəsizliyini (data məxfiliyi) təmin etmək, texniki riskləri müəyyən etmək və həll yolları təklif etmək; 
  • Hazırlanmış həllərin İT komandası tərəfindən mənimsənilməsinə dəstək olmaq, rəhbərə texniki hesabatlar vermək və mürəkkəb problemlərin həllində iştirak etmək; 
  • Modellərin və alqoritmlərin texniki sənədləşməsini dəqiq və vaxtında hazırlamaq. 
  • Birbaşa rəhbər ilə işləyərək süni intellekt üzrə strateji təşəbbüslərin formalaşdırılmasında iştirak etmək 
  • Zərurət olduqda digər komandalara texniki məsləhət və metodoloji dəstək göstərmək. 

Namizədə dair tələblər: 

Təhsil və təcrübə: 

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Riyaziyyat və ya oxşar sahələr arzuolunandır); 
  • Süni intellekt, maşın öyrənməsi və ya data sahəsində minimum 2–3 il iş təcrübəsi; 
  • Real layihələrdə ML modellərinin istehsal mühitinə çıxarılması üzrə təcrübə arzuolunandır. 

Dil bilikləri: 

  • Azərbaycan dili – əla 
  • İngilis dili – yaxşı 

Texniki biliklər: 

  • Python proqramlaşdırma dili üzrə dərin biliklər; 
  • Maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri üzrə biliklər; 
  • TensorFlow, PyTorch kimi kitabxanaların biri ilə praktiki təcrübə; 
  • Verilənlərin emalı və analizi (məsələn: Pandas, NumPy) üzrə təcrübə; 
  • Model qiymətləndirmə, tuning və validation metodları üzrə biliklər; 
  • SQL və verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, MySQL); 
  • REST API-lər vasitəsilə AI modellərinin inteqrasiyası üzrə anlayış arzuolunandır; 
  • Docker və CI/CD prosesləri üzrə baza bilikləri arzuolunandır; 
  • Linux mühitində işləmə təcrübəsi; 
  • Məlumat təhlükəsizliyi və məxfilik prinsipləri üzrə ümumi biliklə 

Yumşaq bacarıqlar: 

  • Analitik düşünmə və problem həll etmə bacarığı; 
  • Mürəkkəb texniki anlayışları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı; 
  • Komanda daxilində və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı; 
  • Öyrənməyə açıq olmaq və yeni texnologiyalara tez adaptasiya; 
  • Agile və iterativ iş mühitində işləmə təcrübəsi. 

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly571