İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Biznes tələblərini başa düşmək, təhlil etmək və təşkilat üçün süni intellekt (AI) və maşın öyrənməsi (ML) imkanlarını müəyyən etmək;
- Müasir AI alətlərini, LLM (Böyük Dil Modelləri) və ML çərçivələrini araşdırmaq, uyğun olanları seçmək və biznes proseslərinə tətbiq etmək;
- Mövcud İT sistemlərinin vəziyyətini təhlil etmək və AI modellərinin bu sistemlərlə (mikroservislər və verilənlər bazaları) inteqrasiyasını təmin etmək;
- Verilənlərin toplanması, təmizlənməsi, emalı və modellər üçün hazırlanması proseslərini qurmaq və optimallaşdırmaq
- Biznes ehtiyaclarına cavab verən proqnozlaşdırıcı modellər, çat-botlar və ya avtomatlaşdırma həlləri hazırlamaq;
- AI modellərinin dəqiqliyini, performansını və təhlükəsizliyini (data məxfiliyi) təmin etmək, texniki riskləri müəyyən etmək və həll yolları təklif etmək;
- Hazırlanmış həllərin İT komandası tərəfindən mənimsənilməsinə dəstək olmaq, rəhbərə texniki hesabatlar vermək və mürəkkəb problemlərin həllində iştirak etmək;
- Modellərin və alqoritmlərin texniki sənədləşməsini dəqiq və vaxtında hazırlamaq.
- Birbaşa rəhbər ilə işləyərək süni intellekt üzrə strateji təşəbbüslərin formalaşdırılmasında iştirak etmək
- Zərurət olduqda digər komandalara texniki məsləhət və metodoloji dəstək göstərmək.
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Riyaziyyat və ya oxşar sahələr arzuolunandır);
- Süni intellekt, maşın öyrənməsi və ya data sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Real layihələrdə ML modellərinin istehsal mühitinə çıxarılması üzrə təcrübə arzuolunandır.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
Texniki biliklər:
- Python proqramlaşdırma dili üzrə dərin biliklər;
- Maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri üzrə biliklər;
- TensorFlow, PyTorch kimi kitabxanaların biri ilə praktiki təcrübə;
- Verilənlərin emalı və analizi (məsələn: Pandas, NumPy) üzrə təcrübə;
- Model qiymətləndirmə, tuning və validation metodları üzrə biliklər;
- SQL və verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, MySQL);
- REST API-lər vasitəsilə AI modellərinin inteqrasiyası üzrə anlayış arzuolunandır;
- Docker və CI/CD prosesləri üzrə baza bilikləri arzuolunandır;
- Linux mühitində işləmə təcrübəsi;
- Məlumat təhlükəsizliyi və məxfilik prinsipləri üzrə ümumi biliklə
Yumşaq bacarıqlar:
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Mürəkkəb texniki anlayışları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı;
- Komanda daxilində və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı;
- Öyrənməyə açıq olmaq və yeni texnologiyalara tez adaptasiya;
- Agile və iterativ iş mühitində işləmə təcrübəsi.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.