İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Mütəxəssis Büronun inzibati binasının istismar olunan daxili elektrik, isitmə-soyutma, havalandırma, su-kanal, avtomatik yanğınsöndürmə sistemlərinin, yanğınsöndürmə balonlarının, mebel inventarlarının, lift qurğularının, telefon və başqa kommunikasiya şəbəkələrinin müntəzəm texniki baxışını və cari təmirini təmin edir;
- Büronun binalarının fasiləsiz elektrik, su, qaz, istilik, telefon və digər telekommunikasiya vasitələri ilə təchizatını təmin edir;
- Təchizat planlarının hazırlanmasında iştirak edir;
- Bağlanmış müqavilələr əsasında alınmış əsas vəsaitlərin, qeyri-maddi aktivlərin mədaxil-məxaricini və tələbat üzrə sifarişçi struktur bölmələrə paylanmasını təmin edir;
- Büronun əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarizasiyasında və hərəkətinə nəzarət olunmasında iştirak edir;
- Büroda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirir;
- Büronun binasında yanğına və bina üçün təhlükə törədə biləcək digər hallara qarşı profilaktik mübarizə tədbirlərini həyata keçirir;
- Ofisin sanitar-gigiyena qaydalarına uyğun saxlanması, istismarı, gigiyenik normalara riayət olunmasını təşkil və nəzarət edir;
- Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanmasını təmin edir;
Tələblər:
- Ali iqtisadi təhsili;
- Əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.