İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Risk və testlər zamanı aşkar edilən çətinlikləri effektiv idarə etmək;
- İş analitikasını və testləri təhlil etmək üçün analitik bacarıqlardan istifadə etmək;
- Xətaları idarə etmə və təhlil etmək üçün sistemlər və alətlərdən səmərəli istifadə etmək;
- Agile, Scrum kimi metodologiyalarda işləmək;
- Proqram təminatı testlərinə rəhbərlik etmək;
- Proqram təminatı testi üçün texniki bacarıqlara malik olmaq;
- Avtomatlaşdırılmış testlər üçün proqramlaşdırma bacarıqlarına sahib olmaq;
- Korporativ siyasət və proseduralara əsasən layihəni vaxtında test etmək;
- Testə başlamazdan əvvəl test planı hazırlamaq, müştəri tələblərini (usecase), biznes tələblərini və digər sənədləri təhlil etmək;
- Test zamanı aşkar edilən xətələri (bug) işlərin idarəedilməsi sistemində qeydiyyata almaq və həllini izləmək;
- Testkeys tələb matrisasını (RTM) tərtib etmək;
- Müştəri testini (UAT) təşkil etmək və idarə etmək;
- Test prosesinə aid digər fəaliyyətləri həyata keçirmək;
- Test nəticələri və son vəziyyət üzrə hesabatlar hazırlamaq;
- Jira və MS Office proqramları ilə işləmək.
Namizədə dair tələblər:
Təhsil və Təcrübə:
- Ali təhsil (İT və ya əlaqədar sahələr üstünlükdür);
- Test sahəsində ən azı 3 il iş təcrübəsi;
- Selenium proqram təminatı ilə avtomatlaşdırma testləri üzrə təcrübə.
Texniki Bacarıqlar:
- Proqramlaşdırma bilikləri avtomatlaşdırılmış testlərin hazırlanması üçün;
- Test metodologiyaları və alətlər üzrə biliklər;
- Jira və digər işlərin idarəetmə sistemlərində iş təcrübəsi;
- Agile, Scrum mühitində iş təcrübəsi.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – arzu olunandır.
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
- Diqqətlilik və məsuliyyətlilik.
Namizədlər mövzu hissəsində "Test üzrə aparıcı mütəxəssis" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.