I İcbari Sığorta Bürosu
  • 467

İcbari Sığorta Bürosu

Test üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Test üzrə aparıcı mütəxəssis

  • Deadline 16 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • Risk və testlər zamanı aşkar edilən çətinlikləri effektiv idarə etmək;
  • İş analitikasını və testləri təhlil etmək üçün analitik bacarıqlardan istifadə etmək;
  • Xətaları idarə etmə və təhlil etmək üçün sistemlər və alətlərdən səmərəli istifadə etmək;
  • Agile, Scrum kimi metodologiyalarda işləmək;
  • Proqram təminatı testlərinə rəhbərlik etmək;
  • Proqram təminatı testi üçün texniki bacarıqlara malik olmaq;
  • Avtomatlaşdırılmış testlər üçün proqramlaşdırma bacarıqlarına sahib olmaq;
  • Korporativ siyasət və proseduralara əsasən layihəni vaxtında test etmək;
  • Testə başlamazdan əvvəl test planı hazırlamaq, müştəri tələblərini (usecase), biznes tələblərini və digər sənədləri təhlil etmək;
  • Test zamanı aşkar edilən xətələri (bug) işlərin idarəedilməsi sistemində qeydiyyata almaq və həllini izləmək;
  • Testkeys tələb matrisasını (RTM) tərtib etmək;
  • Müştəri testini (UAT) təşkil etmək və idarə etmək;
  • Test prosesinə aid digər fəaliyyətləri həyata keçirmək;
  • Test nəticələri və son vəziyyət üzrə hesabatlar hazırlamaq;
  • Jira və MS Office proqramları ilə işləmək.

Namizədə dair tələblər:

Təhsil və Təcrübə:

  • Ali təhsil (İT və ya əlaqədar sahələr üstünlükdür);
  • Test sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Selenium proqram təminatı ilə avtomatlaşdırma testləri üzrə təcrübə.

Texniki Bacarıqlar:

  • Proqramlaşdırma bilikləri avtomatlaşdırılmış testlərin hazırlanması üçün;
  • Test metodologiyaları və alətlər üzrə biliklər;
  • Jira və digər işlərin idarəetmə sistemlərində iş təcrübəsi;
  • Agile, Scrum mühitində iş təcrübəsi.

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • İngilis dili – yaxşı
  • Rus dili – arzu olunandır.

Yumşaq bacarıqlar:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
  • Diqqətlilik və məsuliyyətlilik.

Namizədlər mövzu hissəsində "Test üzrə aparıcı mütəxəssis" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.

  • Daily31
  • Weekly668
  • Monthly2191