İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 520

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (15:00-00:00)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (15:00-00:00)

  • Deadline 26 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali tibbi təhsil;
  • Təcrübə: Tələb olunmur;
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;
  • Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)

Vəzifə öhdəlikləri:

  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Müraciət vərəqinin hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi;
  • İş vaxtı: 15:00-00:00 (istirahət günləri bazar ertəsi - bazar); 
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

  • Daily0
  • Weekly550
  • Monthly1191