Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali tibbi təhsil;
- Təcrübə: Tələb olunmur;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;
- Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri:
- Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Müraciət vərəqinin hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi;
- İş vaxtı: 15:00-00:00 (istirahət günləri bazar ertəsi - bazar);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!