İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 789

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Sığorta , Life & Health Insurance

Göndərişlər şöbəsinə mütəxəssis (1 illik sosial məzuniyyət yerinə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Göndərişlər şöbəsinə mütəxəssis (1 illik sosial məzuniyyət yerinə)

  • Deadline 2 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali tibbi təhsil;
  • Təcrübə: Tibb sahəsində 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • Şəxsi bacarıqlar: Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı, vaxtın idarə olunması, problemləri həll etmə bacarıqları;
  • Dil bilikləri: Xarici dil bilikləri arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
  • Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
  • Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;                                                                                                                           
  • Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
  • Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə mərhələsi

Müraciət qaydası:

  • CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

  • Daily3
  • Weekly3
  • Monthly1778